İlham Əliyev və Nikol Paşinyan TRIPP-lə bağlı növbəti praktiki addımları müzakirə ediblər
Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində görüşü ilə bağlı mətbuat üçün bəyanatında qeyd olunub.
Liderlər TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd ediblər.
15:06 31.08.2026
Oxunuş sayı: 45