Türkiyədə pişik dişləyən 4 yaşlı qız quduzluqdan ölüb
Türkiyənin Diyarbəkir şəhərində sahibsiz pişiyin dişlədiyi 4 yaşlı qız uşağı quduzluq diaqnozu qoyulduqdan sonra həyatını itirib.
Crossmedia.az xəbər verir ki, “Haber 7” bu barədə məlumat yayıb.
Məlumata görə, hadisə təxminən dörd ay əvvəl Diyarbəkirin Sur rayonunda baş verib. Sahibsiz pişik uşağın dodağını dişləyib. Qızın səhhəti pisləşdikdən sonra ailəsi avqustun 10-da xəstəxanaya müraciət edib. Bir neçə gün sonra uşağa quduzluq diaqnozu qoyulub və müalicəyə başlanılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Diaqnoz təsdiqləndikdən sonra yerli hakimiyyət orqanları təcili tədbirlər həyata keçirib. Uşaqla təmasda olan şəxslər müəyyən edilərək onlara profilaktik peyvəndlər vurulub. Baytarlıq xidmətləri isə Sur rayonunda sahibsiz heyvanların tutulması və peyvəndlənməsi işlərinə başlayıb. Yerli hakimiyyət sakinləri heyvan dişlədikdə və ya cırmaqladıqda dərhal həkimə müraciət etməyə çağırıb.
23:58 30.08.2026
Oxunuş sayı: 60