Şimali Kiprdə 3 günlük matəm elan edildi
Şimali Kipr Türk Cümhuriyyətinin hakimiyyət orqanları sahillərində sərnişin gəmisinin qəzaya uğramasından sonra üç günlük milli matəm elan edib.
Crossmedia.az xəbər verir ki, “Kıbrıs Postası” bu barədə məlumat yayıb.
Məlumata görə, matəm avqustun 31-dən sentyabrın 2-dək davam edəcək. Axtarış-xilasetmə əməliyyatının gecə boyunca fasiləsiz davam etdirilməsi planlaşdırılır.
Avqustun 30-da günorta saatlarında Girnədən Türkiyənin Taşucu şəhərinə hərəkət edən “Filo Jet” sürətli sərnişin gəmisi Kipr sahillərində su alaraq çevrilib. Gəmidə 259 sərnişin və 8 ekipaj üzvü olmaqla ümumilikdə 267 nəfər olub. Son məlumata görə, 241 nəfər sağ xilas edilib, 8 nəfər həlak olub, 18 nəfərin axtarışı davam etdirilir.
23:27 30.08.2026
Oxunuş sayı: 55