Şimali Kiprdə batan gəmidə azərbaycanlılar da olub
Şimali Kipr sahillərində batan sərnişin gəmisinin heyətində Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov da olub.
Crossmedia.az xəbər verir ki, bunu AZƏRTAC-a Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orhan Həsənoğlu açıqlayıb.
O bildirib ki, hər iki Azərbaycan vətəndaşı xilas edilib. Onlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıblar.
"Onların sağlamlıqları üçün təhlükə yoxdur", - deyə Orhan Həsənoğlu qeyd edib.
Qeyd edək ki, Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində 7 nəfər ölüb, 237 nəfər xilas edilib.
19:52 30.08.2026
Oxunuş sayı: 61