Anar Hacıyev "LANDAU Lions" klubundakı fəaliyyətini davam etdirəcək
Azərbaycan millisinin sabiq basketbolçusu Anar Hacıyev "LANDAU Lions" klubundakı fəaliyyətini davam etdirəcək.
Crossmedia.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis yeni mövsümdə də komandanın məşqçilər korpusunda yer alacaq.
"LANDAU Lions" ötən mövsüm gümüş medallara sahib çıxıb.
Qeyd edək ki, klub daha əvvəl baş məşqçi Erhan Tokerlə də müqavilənin müddətini 1 illik uzadıb.
19:02 30.08.2026
Oxunuş sayı: 54