Azərbaycan cüdoçuları Polşadakı turnirdə 7 medal qazanıblar
Azərbaycanın yeniyetmə cüdoçuları Polşanın Krakov şəhərində keçirilən beynəlxalq turnirdə 3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 7 medal əldə ediblər.
Crossmedia.az xəbər verir ki, U-18 yaş kateqoriyasında mübarizə aparan idmançılar uğurlu nəticəyə imza atıblar.
Əli Abdullayev (60 kq), Hüseyn Şıxəliyev (66 kq) və Ömər Atayev (81 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıblar.
Dünyamalı Asdanlı (66 kq) və Ruslan Kazımov (+90 kq) gümüş, Rəvan Məmmədli (55 kq) və Əli Cəfərov (66 kq) isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, 23 ölkə təmsilçisinin mübarizə apardığı beynəlxalq yarışda U-16 və böyüklər kateqoriyalarında da mükafatçılar müəyyənləşəcək.
18:05 30.08.2026
Oxunuş sayı: 50