Gədəbəydə avtomobil körpüdən aşıb, xəsarət alanlar var
Gədəbəydə yol nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində yerləşən körpüdə qeydə alınıb.
Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb. Nəticədə minik maşını yol üzərində olan körpüdən aşaraq dərəyə düşüb. Qəza zamanı 5 nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. (APA)
13:44 30.08.2026
Oxunuş sayı: 44