Azərbaycan Premyer Liqasında bu gün iki görüş keçiriləcək
Misli Premyer Liqasında bu gün III turun daha iki qarşılaşması keçiriləcək.
Crossmedia.az xəbər verir ki, günün ilk matçında "Kəpəz" və "Turan Tovuz" komandaları üz-üzə gələcəklər.
Gəncə şəhər stadionunda təşkil olunacaq oyuna saat 18:00-da start veriləcək.
"Turan Tovuz" 4 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alıb. Heç bir xalı olmayan Gəncə klubu isə sonuncu - 12-cidir.
Günün digər qarşılaşmasında isə "Zirə" öz meydanında "Neftçi"ni qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matçın start fiti saat 20:15-də səslənəcək.
Hərəyə 6 xal əldə edən "Neftçi" ilə "Zirə" komandaları müvafiq olaraq 1 və 2-ci pillərdə qərarlaşıblar.
Misli Premyer Liqası
I dövrə, III tur
30 avqust
18:00. "Kəpəz" – "Turan Tovuz"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov.
VAR: Əli Əliyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Gəncə şəhər stadionu
20:15. "Zirə" – "Neftçi"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun ötən gün keçirilən matçlarında "İmişli" "Şəfa"nı məğlub edib - 1:0. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz bərabərliklə yekunlaşıb.
09:40 30.08.2026
Oxunuş sayı: 59