İlham Əliyev Bişkekdə ŞƏT sammitinə qatılacaq
Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.
Crossmedia.az xəbər verir ki, Qırğızıstan Prezidentinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Sammitdə 17 dövlətin lideri, eləcə də BMT-nin Baş katibi Antonio Quterreş iştirak edəcək. Görüşdə beynəlxalq və regional gündəlik, ŞƏT-in inkişafı, həmçinin ticarət, nəqliyyat, rəqəmsal sahə və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq.
Sammit Bişkekdə avqustun 31-dən sentyabrın 1-dək keçiriləcək.
15:35 29.08.2026
Oxunuş sayı: 52