Bu ərazilərdə yeni məktəb binaları inşa ediləcək
2025-ci ildə Qusarın Cibir kəndində 264 yerlik yeni tam orta məktəb binası istifadəyə verilib. Hazırda Kuzunqışlaq kəndində yeni məktəb binasının tikintisi davam etdirilir. Növbəti illərdə Yasab, Həzrə, İmamqulukənd və Qaratoba kəndlərində yeni məktəb binalarının inşası nəzərdə tutulur.
Crossmedia.az xəbər verir ki, bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil işçilərinin 2026–2027-ci tədris ili üzrə sentyabr konfransında məlumat verilib.
22:01 28.08.2026
Oxunuş sayı: 48