Avropa çempionatı: Rumıniya Bakıda İspaniyanı məğlub edib
Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun baş tutub.
Crossmedia.az-ın məlumatına görə, günün ilk matçında Rumıniya İspaniyanı məğlub edib.
Milli Gimnastika Arenasında baş tutan qarşılaşma 3:0 hesabı ilə bitib.
Günün ikinci görüşündə Azərbaycan yığması Niderlandla üz-üzə gələcək. Görüş saat 18:30-da start götürəcək.
17:39 28.08.2026
Oxunuş sayı: 47