Bakıda bu küçə BAĞLANIR
Təmir işləri ilə əlaqədar Mirmahmud Kazımovski küçəsinin Mir Cəlal küçəsindən Cavad xan küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət avqustun 28-i saat 22:00-dan təmir işləri başa çatanadək tətbiq ediləcək.
"Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur", - deyə məlumatda qeyd edilib.
17:07 28.08.2026
Oxunuş sayı: 55