Xaçmazda avtomobilin vurduğu piyada ÖLDÜ
Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb.
"Crossmedia.az" xəbər verir ki, Məmmədseyidov Rəşad Ağa oğlu idarə etdiyi avtomobillə Qaraçı kəndi ərazisində piyada Abasov Böyükağa Abasəli oğlunu vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
09:38 28.08.2026
Oxunuş sayı: 50