Dron hücumundan sağ çıxan dənizçi Bakıda ölü tapıldı
Qara dənizdə gəminin dron hücumuna məruz qalmasından sonra Bakıya qayıdan dənizçi Elvin İbadov yaşadığı evdə ölü tapılıb.
Crossmedia.az xəbər verir ki, hadisə ilə bağlı xarici KİV məlumat yayıb.
Məlumata görə, Elvin İbadov “Natra” gəmisində motorçu işləyib. Gəmi daha əvvəl Qara dənizdə dronların hücumuna məruz qalıb. Hadisədən sonra İbadov Bakıya qayıdıb.
Bir müddət sonra o, yaşadığı evdə həyat əlamətləri olmadan aşkarlanıb.
Elvin İbadovun ölüm səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.
09:24 28.08.2026
Oxunuş sayı: 47