UEFA Çempionlar Liqası: "Sabah"ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub - YENİLƏNİB
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki bütün rəqibləri müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya) və "Slaviya" (Çexiya) ilə Bakıda üz-üzə gələcək.
Ölkə çempionu "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Vilyarreal" (İspaniya) və "Vikinq"lə (Norveç) səfərdə qarşılaşacaq.
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki altı rəqibi müəyyənləşib.
Məlumata görə, Azərbaycan təmsilçisi "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya) və "Napoli" (İtaliya) ilə Bakıda üz-üzə gələcək.
Ölkə çempionu "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Vilyarreal"la (İspaniya) səfərdə
20:55
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki dörd rəqibi müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Barselona" (İspaniya) və "Borussiya" (Dortmund, Almaniya) ilə Bakıda üz-üzə gələcək.
Ölkə çempionu "Arsenal" və "Mançester Yunayted"lə (hər ikisi İngiltərə) səfərdə qarşılaşacaq.
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki üçüncü rəqibi bəlli olub.
Məlumata görə, Azərbaycan təmsilçisi "Borussiya" (Dortmund, Almaniya) ilə üz-üzə gələcək.
Bu qarşılaşmada da Bakıda keçiriləcək.
"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ikinci rəqibi bəlli olub.
Məlumata görə, Azərbaycan təmsilçisi "Arsenal"la üz-üzə gələcək.
Bu qarşılaşma İngiltərədə keçiriləcək.
20:40
UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün Liqa mərhələsində Azərbaycan çempionu "Sabah"ın rəqibləri bu gün bilinəcək.
Crossmedia.az xəbər verir ki, püşkatma mərasimi Monakoda, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Püşkatmadan əvvəl yarışda iştirak edəcək 36 komandanın yer aldığı səbətlərin tərkibi müəyyənləşib. Valdas Dambrauskasın rəhbərlik etdiyi "Sabah" 4-cü səbətdə yer alıb.
1-ci səbət: PSJ (Fransa), "Bavariya" (Almaniya), "Real", "Barselona", "Atletiko" (hamısı İspaniya), "Liverpul", "Arsenal", "Mançester Siti" (hamısı İngiltərə), "İnter" (İtaliya).
2-ci səbət: "Borussiya" (Dortmund, Almaniya), "Roma" (İtaliya), "Sportinq", "Portu" (hər ikisi Portuqaliya), "Mançester Yunayted", "Aston Villa" (hər ikisi İngiltərə), "Brügge" (Belçika), "Betis" (İspaniya), PSV (Niderland).
3-cü səbət: "Feyenoord" (Niderland), "Lill" (Fransa), "Budyo-Qlimt" (Norveç), "Napoli" (İtaliya), "Leyptsiq" (Almaniya), "Vilyarreal" (İspaniya), "Şaxtyor" (Ukrayna), "Qalatasaray", "Fənərbağça" (hər ikisi Türkiyə).
4-cü səbət: "Slaviya" (Çexiya), "Slovan" (Slovakiya), "Ştutqart" (Almaniya), AEK (Yunanıstan), LASK (Avstriya), "Komo" (İtaliya), "Lans" (Fransa), "Vikinq" (Norveç), "Sabah" (Azərbaycan).
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin oyunları 2026-cı il sentyabrın 8-dən 2027-ci il yanvarın 27-dək keçiriləcək. Turnirin final matçı isə 2027-ci il iyunun 5-də Madriddə təşkil olunacaq.
***
UEFA Çempionlar Liqasının 2026/27 mövsümündə Liqa mərhələsinin püşkatma mərasimi keçirilir.
Monakoda təşkil olunan tədbirdə turnirdə mübarizə aparacaq 36 klubun rəqibləri müəyyənləşdirilir.
Azərbaycan çempionu "Sabah" isə püşkatmaya 4-cü səbətdən qatılır.
***
"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki ilk rəqibi müəyyənləşib.
Azərbaycan təmsilçisi "Barselona" ilə qarşılaşacaq.
Məlumata görə, görüş Bakıda keçiriləcək.
21:12 27.08.2026
Oxunuş sayı: 68