Qəzənfər Paşayev: qocalmaq istəmirəm
Bu gün Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, Azərbaycan ədəbiyyatşünası, folklorşünas, publisit, dilçi, yazıçı və tərcüməçi, filologiya elmləri doktoru Qəzənfər Paşayevin doğum günüdür.
Crossmedia.az Qəzənfər Paşayevlə əlaqə saxlayıb, yeni yaşından gözləntilərini öyrənib:
"Bu gün 90 yaşıma keçdim. Yaradıcılığımı da ki, dayandırmıram. O, davam edir. Çünki ətrafım, ailəm, qohumlarım o qədər mehribandırlar ki, o, dayanmadan bu işi davam etdirməyi sevirəm. Onlarla birgə olmağı da. 2012-ci ildə “Ömrün əbədiləşən illəri” kitabımı çap etdirdim. İndi isə “Ömrün əbədişən illəri” adında ikinci kitabı buraxacağam. İnşallah, bu il çıxacaq. Mən buna sevinirəm. Mənim Ulu öndərimizə və prezidentimlə həsr olunmuş 444 səhifəlik klassiklər kitabım da çap olunacaq. Budur, işləyirəm, çalışıram. Mən dayandığım gün, qocalacam. Qocalmaq istəmirəm. 90 yaşıma keçdim bugün. Ancaq həmən özümü saxlayaraq, işləyirəm, bir neçə çalışma da edib ondan sonra qocalaram".
15:38 27.08.2026
Oxunuş sayı: 58