Azərbaycan millisinin basketbolçusu Tamerlan Novruzlu klubu ilə müqavilə müddətini uzadıb
"LANDAU Lions" Azərbaycanın U-18 basketbol millisinin üzvü Tamerlan Novruzlu ilə müqavilənin müddətini uzadıb.
Crossmedia.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
16 yaşlı oyunçu daha bir mövsüm bu komandanın formasını geyinəcək.
Hücumçu mövqeyində çıxış edən T.Novruzlu ötən mövsüm "LANDAU Lions"ın (ötən il "Abşeron Lions" - red.) heyətində gümüş medal qazanıb.
15:31 27.08.2026
Oxunuş sayı: 45