Rubinyan: Blokadadan çıxış Ermənistan üçün Azərbaycandan əvvəl başlayıb
Ermənistan parlamentinin sədri Ruben Rubinyan TRIPP layihəsi çərçivəsində regional nəqliyyat əlaqələri ilə bağlı açıqlama verib.
Crossmedia.az xəbər verir ki, Ruben Rubinyan blokadadan çıxış prosesinin Ermənistan üçün Azərbaycandan daha əvvəl başladığını bildirib.
“İndi bizim Azərbaycan ərazisindən keçməklə üçüncü ölkələrlə dəmir yolu əlaqəmiz var. Artıq Türkiyə ərazisindən keçməklə Türkiyə və üçüncü ölkələrlə də dəmir yolu əlaqəmiz də mövcuddur”, - deyə o bildirib.
12:31 27.08.2026
Oxunuş sayı: 53