Bakıda BÖYÜK OYUN – “Qarabağ” “Tvente”ni qəbul edir
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" bu gün Bakıda Niderlandın "Tvente" komandası ilə cavab matçına çıxacaq.
Crossmedia.az-ın məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Saat 20:00-da start veriləcək görüşü norveçli FIFA referisi Rohit Saqqi idarə edəcək.
Qeyd edək ki, komandalar arasında Niderlandda baş tutan ilk oyun "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
09:19 27.08.2026
Oxunuş sayı: 46