Cəlilabadda zəlzələ olub
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Cəlilabad stansiyasından 14 km cənub-qərbdə Cəlilabad rayonunda 3.1 maqnitudalı zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla saat 18:47-də 26 km dərinlikdə qeydə alınıb, hiss olunmayıb.
19:18 26.08.2026
Oxunuş sayı: 49