Ucarda təhlükəli yanğın: alov 1 hektara yayıldı
Ucarda 3 hektar ərazini əhatə edən zibil poliqonunda yanğın baş verib, alov artıq 1 hektar sahəyə yayılıb.
Crossmedia.az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.
Yanğın nəticəsində elektrik naqilləri zədələnib və bir neçə kəndin enerji təchizatında fasilə yaranıb.
Yanğından yayılan tüstü Bakı–Qazax magistralında görmə məsafəsini qismən məhdudlaşdırır.
17:34 26.08.2026
Oxunuş sayı: 48