Rahimin Sterlinqə həbs təhlükəsi var
İngiltərə millisinin sabiq futbolçusu Rahim Sterlinq təhlükəli avtomobil idarə etməkdə, azot oksidinə qanunsuz sahib olmaqda və analiz üçün nümunə təqdim etməkdən imtina etməkdə ittiham olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Məlumata görə, hadisə mayın 28-də Hampşirdə M3 magistral yolunda baş verib. Sterlinqin idarə etdiyi Lamborghini yol kənarındakı maneəyə çırpılıb. Qəzada başqa avtomobil iştirak etməyib və xəsarət alan olmayıb.
31 yaşlı futbolçunun işi üzrə məhkəmə iclası sentyabrın 15-də Basingstoke Magistratlar Məhkəməsində keçiriləcək. Təhlükəli avtomobil idarə etməkdə təqsirli bilinəcəyi təqdirdə Sterlinqi iki ilədək həbs cəzası gözləyə bilər.
Rahim Sterlinq karyerası ərzində “Mançester Siti” ilə dörd dəfə İngiltərə çempionu olub və İngiltərə millisində 82 oyun keçirib.
16:43 26.08.2026
Oxunuş sayı: 37