Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoyaraq İsrailə çatıb
Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoyaraq İsrailə çatıb.
Crossmedia.az-ın məlumatına görə, ötən gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşləri çərçivəsində "Hapoel"i (Beer-Şeva, İsrail) 5:2 hesabı ilə məğlub edən "Sabah" ölkənin əmsalını artırıb.
Azərbaycan 23.687 əmsalla 25-ci pilləyə yüksəlib. Ölkəmiz bununla da 22.843 əmsala malik Sloveniyanı geridə qoyub.
24-cü pillədə isə İsrail (23.750) qərarlaşıb.
Xatırladaq ki, hazırda reytinq cədvəlinə 101.907 əmsalla İngiltərə başçılıq edir.
10:27 26.08.2026
Oxunuş sayı: 46