Azərbaycanın iki ağırlıqqaldıranı Avropa birinciliyində 5-ci və 6-cı yeri tutub
Kosovanın paytaxt; Priştinada keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində mübarizə aparan Azərbaycan ağırlıqqaldıranları Əbdülhüseyn Hüseynov və Lətif Əliyev 5-ci və 6-cı yerləri tutublar.
Bu barədə Crossmedia.az-a Azərbaycan Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətindən bildirilib.
75 kq çəki dərəcəsində qüvvəsini sınayan Əbdülhüseyn Hüseynov toplam 276 kq (123+153) nəticə ilə yarışı 5-ci pillədə başa vurub.
Lətif Əliyev isə iki hərəkətin cəmində 271 kq (126+145) ağırlığın öhdəsindən gələrək 6-cı olub.
16:43 25.08.2026
Oxunuş sayı: 41