Oğuzda baş verən qəzadakı yaralıların vəziyyəti açıqlanıb
Oğuz rayonu Kərimli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində xəsarət alan 7 nəfər Oğuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələri üzrə İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri orta ağır qiymətləndirilir.
Ayhan
14:21 25.08.2026
Oxunuş sayı: 53