AFFA aşağı yaş qrupları üzrə millilərin baş məşqçilərini açıqlayıb
Azərbaycanın futbol üzrə aşağı yaş qruplarından ibarət millilərinin yeni baş məşqçiləri açıqlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Aleksandr Qross U-15, Famil Xəlilov U-16, Emin Mustafayev U-17, Mahmud Qurbanov U-18, Elgiz Kərəmli U-19 komandasının baş məşqçisi təyin edilib.
Qeyd edək ki, baş məşqçi vəzifələri üzrə açıq müraciət prosesi AFFA-nın yeni texniki direktoru Edmond Klausla aparılmış məsləhətləşmələrdən sonra elan olunub. Müraciət edən namizədlər müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və yekun təkliflər AFFA-nın Texniki departamenti tərəfindən hazırlanaraq İcraiyyə Komitəsinə təqdim edilib.
15:15 24.08.2026
Oxunuş sayı: 57