"LANDAU Lions" Rəsul Məmmədzadə ilə müqavilənin müddətini uzadıb
"LANDAU Lions" basketbol klubu 19 yaşlı oyunçusu Rəsul Məmmədzadə ilə müqavilənin müddətini daha 1 il uzadıb.
Crossmedia.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Boyu 192 sm olan və "shooting guard" mövqeyində çıxış edən gənc basketbolçu ötən ay Azərbaycanın U-20 millisinin heyətində Avropa çempionatının B divizionunda ölkəmizi təmsil edib.
Qeyd edək ki, R. Məmmədzadə ötən mövsüm ölkə çempionatında gümüş medallar qazanan kollektivin heyətində yer alıb.
14:17 22.08.2026
Oxunuş sayı: 47