Vladimir Putin Talibanı terror siyahısından çıxaracaq qanunu təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin Talibanı terror siyahısından çıxaracaq qanunu təsdiqləyib.
Crossmedia.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, bu qanun Rusiya Federasiyasının Baş Prokuroruna və ya müavininə terrorçular siyahısına daxil edilmiş təşkilatların fəaliyyətinin müvəqqəti olaraq dayandırılmasına imkan verir.
Qanunun əsaslandırılmasında qeyd olunur ki, bir təşkilat terror təşkilatları siyahısına daxil edildikdən sonra zamanla terrorizmi təşviq etmək və dəstəkləmək məqsədilə fəaliyyətini dayandırırsa, terrorçular siyahısından çıxarılmalıdır. Qanun, Rusiya parlamentində qəbul edildikdən sonra Putinin imzası ilə qüvvəyə minib.
Rusiya və Taliban arasındakı əlaqələrə gəlincə, Taliban 2003-cü ildə Rusiya Ali Məhkəməsinin qərarı ilə ölkədə qadağan edilmiş terror təşkilatları siyahısına daxil edilib. Lakin 2024-cü il mayın 27-də Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov, Ədliyyə və Xarici İşlər nazirliklərinin Talibanı bu siyahıdan çıxarmağı Kremlinə təklif etdiyini bildirib. Bu təklif Əfqanıstanın müvəqqəti hökuməti tərəfindən də alqışlanıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Talibanın Əfqanıstanda "əsl güc" olduğunu bildirib. Prezident Putin də Talibanla münasibətlərin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb.
Samirə Şərif
15:19 28.12.2024
Oxunuş sayı: 6571