Azərbaycan ağırlıqqaldıranı Nuray Əbilova Avropa birinciliyində iki medal qazanıb
Azərbaycan ağırlıqqaldıranı Nuray Əbilova Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində 2 medal qazanıb.
Crossmedia.az xəbər verir ki,bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasından məlumat verilib.
Birdən qaldırma hərəkətində 70 kq çəkini başı üzərinə qaldıran idmançı təkanla qaldırmada 85 kq-ın öhdəsindən gələrək bürünc mükafata sahib çıxıb.
O, toplamda da 155 kq nəticə ilə növbəti bürünc medalı qazanıb.
23:10 20.08.2026
Oxunuş sayı: 50