Xırdalanda 31 yaşlı kişinin qətlində iki nəfər saxlanıldı
Abşeron rayonunda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Crossmedia.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Aslanov və 2006-cı il təvəllüdlü Ceyhun Cəbrayılov saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, avqustun 16-sı Xırdalan şəhər Yusif Məmmədəliyev küçəsində 1995-ci il təvəllüdlü Rasif Rəhman oğlu Abdullayev bıçaqlanaraq qətlə yetirilib.(Qafqazinfo)
16:35 20.08.2026
Oxunuş sayı: 45