Dağılsın bu bastiliya
YASAYAQ, MÖVZU VERMƏDƏN KİNOYA, İKONAYA
Əvvəllər necə baxardımsa saatlarla kinoya.
İndi baxıram qədim Müqəddəs ikonaya...
Özüm də, sanki
İlahi fırçayla
Həkk oluram bu İkonoqrafiyaya...
Darıxıram
eyvanımdan sallanib
aşağı baxıram.
Görürəm qonşum Güləlinin başı,
Hər ötən gün bir az da, bir az da
dazlaşır.
Ağarır, tam bəyazlaşır.
Həyatın sürəti çox...çox amansızdır.
Çox amansız.
WhatsAppda yazışdığım bir gözəlçə qız,
mənə dedi:
- Nəbadə bunu çaşıb xaricilərə
Danışasız!!!
Qədim zamanlarda
Bunu danışırdılar ancaq
Axar suya.
Başgicəlləndirici dərin qara quyuya.
Çoxbilmiş ispanlar, günəşli İspaniya
Danışar bunları
Ancaq sarı gitaraya.
Ruslar, qədim ikonaya.
Belə əhvalatlar düşdümü
Ağlamalı kinoya.
Gedib çatdımı lap axırda
Süni zəkaya
AZTV-ya, İTV-ya, ABB-ya
Bütün bu elektronikaya
Dönəcək "Dirilən adam" adlı
150 seriyalı şirin çaya...
Son qoyacaq olanqalan Teletamaşaçıya!
Yaşayaq.
Ancaq mövzu vermədən
Hər cür kinoya.
Hər cür yazıya,
tarixi xronikaya...
Qədim ikonaya.
Səhnəsi tozlu
AZDRAMAYA.
AZTV-ya.
Düşməkdənsə bu ütülü saytlara,
Düşək həyatın ən amansız
Qara siyahısına!!!
Dağılmalıdi bu Bastiliya!
Bakılılar demiş:
- Min zapıya,
Gir qapiya.
Yoxsa çox tüstüləyəcək hələ
Bu krematoriya.
Həmid Herisçi
09:56 20.08.2026
Oxunuş sayı: 171