"LANDAU Lions" İsmayıl Abdullayevlə müqavilənin müddətini uzadıb
"LANDAU Lions" basketbol klubu 18 yaşlı İsmayıl Abdullayevlə yeni müqavilə imzalayıb.
Crossmedia.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yerli basketbolçu ilə müqavilənin müddəti 1 ildir.
O, bu yay U-18 və U-20 yığmalarının heyətində Avropa çempionatının B divizionunda uğurlu çıxışı ilə yadda qalıb.
Qeyd edək ki, İ.Abdullayev ötən mövsüm gümüş medal qazanan komandanın heyətində yer alıb. O, ardıcıl üçüncü mövsüm bu kollektivin şərəfini qoruyacaq.
21:07 19.08.2026
Oxunuş sayı: 41