Avrokuboklarda Azərbaycan həndbolunu "Kür" təmsil edəcək
Azərbaycanı həndbol üzrə avrokubokların 2026/2027 mövsümündə iki komanda təmsil edəcək.
Bu barədə Crossmedia.az-a Azərbaycan Həndbol Federasiyasının idman şöbəsinin müdiri İsgəndər Əsgərov məlumat verib.
Beynəlxalq dərəcəli hakim qitəmiqyaslı yarışlarda "Kür"ün qadınlardan və kişilərdən ibarət komandalarının mübarizə aparacağını deyib.
O, hazırda Azərbaycanda yalnız "Kür" klubunun fəaliyyət göstərdiyini, komandaların öz zallarında məşq etdiklərini, idmançıların maaş aldıqlarını deyib.
Qeyd edək ki, həndbol üzrə ölkə çempionatının 2025/2026 mövsümü yarımçıq dayandırılıb. Həmçinin Azərbaycan Kubokunun yarımfinal və final mərhələləri keçirilməyib. Avrokubok matçlarına sentyabrda start veriləcək.
17:56 19.08.2026
Oxunuş sayı: 53