Ağdamda qəbiristanlıqda HƏYƏCANLI ANLAR – torpağın altından...
Ağdam rayonunun Qarağacı qəbiristanlığında qəbir qazılan zaman hərbi sursat aşkarlanıb.
Bu barədə Crossmedia.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
ANAMA-nın qaynar xəttinə məlumat daxil olduqdan sonra əraziyə əməliyyat qrupu cəlb edilib.
Ərazidə aparılan baxış zamanı yerin təxminən 1,5 metr dərinliyində Birinci Qarabağ müharibəsindən qalan hərbi sursat aşkar edilib.
Aşkar edilən hərbi sursat zərərsizləşdirilərək ərazinin təhlükəsizliyi təmin edilib.
11:32 19.08.2026
Oxunuş sayı: 55