Qəza nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib
Gəncədə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirilib.
18 avqust saat 22:40 radələrində Gəncədə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2 kişi Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Məsələ ilə bağlı Crossmedia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən pasiyentlər ambulator müalicə üçün evə buraxılıblar.
10:50 19.08.2026
Oxunuş sayı: 51