Azərbaycanda 21,9 min nəfərə YENİ PENSİYA təyin olundu
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 21,9 min nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Crossmedia.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Onların 57,2 %-ni kişilər, 42,8 %-ni isə qadınlar təşkil edib.
10:32 19.08.2026
Oxunuş sayı: 69