19 yaşlı qadın avtomobildə öldürüldü – Qardaşı isə...
Hacıqabul şəhərində 19 yaşlı qadın qətlə yetirilib, şübhəli şəxs qismində qardaşı saxlanılıb.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.
Hacıqabul şəhər sakini, 2007-ci il təvəllüdlü Qocayeva Zeynəb Cəlal qızı minik avtomobilində bıçaqla qətlə yetirilib.
Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Qadının qətlində şübhəli şəxs qismində qardaşı saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.(Report)
16:16 18.08.2026
Oxunuş sayı: 47