Usta universitetdə işləyərkən VƏFAT ETDİ
Mingəçevirdə usta iş yerində qəfil vəfat edib.
Crossmedia.az xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib.
Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşən universitetdə təmir işləri görərkən vəfat edib.
Onun infarktdan öldüyü bildirilib.
Araşdırma aparılır.(Qafqazinfo)
14:58 18.08.2026
Oxunuş sayı: 47