Bakıda köhnə tikilidə baş verən yanğın məhdudlaşdırılıb - YENİLƏNİB
Bakıda köhnə tikilidə baş verən yanğın məhdudlaşdırılıb.
Crossmedia.az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Nəsimi metrostansiyasının yaxınlığında yerləşən köhnə poliknika binası olan və hazırda istifadəsiz tikilidə baş verən yanğın məhdudlaşdırılıb, yanğının ətraf tikililərə keçməyinin qarşısı alınıb.
Hazırda soyutma işləri aparılır, yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
12:57
Bakının Nəsimi rayonunda köhnə tikili yanır.
Crossmedia.az xəbər verir ki, yanğın Nəsimi metrostansiyasının yaxınlığında yerləşən keçmiş fabrik kimi fəaliyyət göstərən tikilidə baş verir.
Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi və ətrafa yayılması istiqamətində işlər aparılır.
13:23 18.08.2026
Oxunuş sayı: 63