İsrailin Səna hava limanına hücumu: BMT rəsmisi iddiaları rədd edir

BMT-nin Yəməndəki yüksək səviyyəli rəsmisi cümə axşamı İsrailin hava hücumunda hədəf alınan Səna hava limanının hər hansı hərbi məqsəd daşıdığına dair iddiaları rədd edib.
Crossmedia.az “France24”- ə istinadən xəbər verir ki, BMT rəsmisi Julien Harneis və komandası hava limanında olarkən təxminən 300 metr aralıda zərbələr endirilib.
Nəticədə hava hərəkətinə nəzarət mərkəzi dağılıb. BMT ekipaj üzvü yaralanıb və işçilər həlak olub.
Fidan Hacızadə
06:55 28.12.2024
Oxunuş sayı: 7469