CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: yazı müsabiqəsi

09:07 23.10.2026

Teatr yazı müsabiqəsinin qalibləri müəyyən olunub

130

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqının tərəfdaşlığı ilə keçirilən teatr sənəti ilə bağlı yazı müsabiqəsi başa çatıb. Crossmedia.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən müsabiqə teatr sənətinin inkişafına töhfə vermək, sahənin aktual problemlərini, yaradıcı təmayüllərini və inkişaf istiqamətlərini təhlil və müzakirə obyektinə çevirmək, eləcə də teatr tənqidi və nəzəriyyəsi sahəsində yazı bacarığı olan gəncləri üzə çıxarmaq və dəstəkləmək məqsədi daşıyır. Müsabiqədə iştirak etmək üçün 20 nəfər qeydiyyatdan keçib, 14 müəllif tərəfindən yazı təqdim olunub. Teatrşünas, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Nurəddin Mehdixanlı, teatr rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov, teatrşünas, Teatr Xadimləri İttifaqının məsul katibi Aidə Qafarova və teatrşünas Dağlar Yusifovdan ibarət münsiflər heyəti yazı işlərini müsabiqənin reqlamentində müəyyən edilmiş meyarlar əsasında dəyərləndirib. Yazılarda mövzunun aktuallığı, analitik və yaradıcı yanaşma, dil və üslub xüsusiyyətləri, eləcə də təqdimat keyfiyyəti nəzərə alınıb. Qiymətləndirmənin nəticələrinə əsasən, Ramilə Abdullazadə “Ən yaxşı resenziya”, Nicat Mirzə “Ən yaxşı problem-məqalə”, Emil Əsgərov isə “Ən yaxşı nəzəri esse” nominasiyaları üzrə qalib elan olunublar. Qaliblərə müsabiqənin diplomu və pul mükafatı, digər iştirakçılara isə sertifikat təqdim ediləcək.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR