CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: muzeyin bağlanması

14:07 19.10.2026

Parisdə tələbələr Luvr Muzeyinin girişlərini bağladılar

60

Fransanın paytaxtı Parisdə tələbələr ölkə üzrə davam edən məktəbli etirazlarına dəstək vermək və polisin hərəkətlərinə etirazlarını bildirmək məqsədilə Luvr Muzeyinin girişlərini bağlayıblar. Crossmedia.az xəbər verir ki, bu barədə Fransanın "Le Parisien" nəşri məlumat yayıb. Məlumata görə, oktyabrın 19-da keçirilən aksiya nəticəsində dünyanın ən məşhur muzeylərindən biri olan Luvr səhər saat 09:00-da ziyarətçilərin üzünə açıla bilməyib. Etiraz aksiyasına Luvr Məktəbinin ("École du Louvre") tələbələri rəhbərlik ediblər. CFDT həmkarlar ittifaqının məlumatına əsasən, aksiyaya Milli İncəsənət Məktəbinin tələbələri də qoşulublar. Muzey rəhbərliyi etirazların birbaşa Luvr Muzeyinin fəaliyyəti ilə əlaqəli olmadığını bildirib. Qeyd olunub ki, aksiya iştirakçıları muzeydən öz etiraz səslərini daha geniş ictimaiyyətə çatdırmaq üçün istifadə edirlər. Etiraz aksiyasını dəstəkləyən, lakin birbaşa iştirak etməyən CGT həmkarlar ittifaqı isə muzeyin ən azı günorta saat 12:00-dək bağlı qalacağını açıqlayıb. Aksiya iştirakçıları etirazlarının əsas məqsədinin layiqli şəraitdə təhsil almaq, işləmək və azad yaşamaq hüquqlarının müdafiəsi olduğunu bildiriblər. Onlar, həmçinin hüquq-mühafizə orqanlarının nümayişçilərə qarşı tətbiq etdiyini iddia etdikləri sərt tədbirləri pisləyiblər. Qeyd edək ki, Fransada məktəblilərin etiraz hərəkatı sentyabrın ortalarında başlayıb. Luvr Muzeyindəki aksiya isə ölkənin müxtəlif şəhərlərində yaşayış xərclərinin artmasına qarşı keçirilən və bəzi yerlərdə iğtişaşlarla müşayiət olunan kütləvi nümayişlərdən iki gün sonraya təsadüf edib. Xatırladaq ki, Luvr Muzeyinin ərazisində yerləşən "École du Louvre" ali təhsil müəssisəsində incəsənət tarixi, arxeologiya, antropologiya və muzeyşünaslıq kimi ixtisaslar üzrə tədris həyata keçirilir.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR