CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: iki dövlət bir millət

14:00 14.10.2026

Komitə sədri: Azərbaycan öz daxili siyasətinə, suverenliyinə kənardan gələn əsassız ittihamlara dözməyəcək

81

Azərbaycan Nazirlər Kabinetinin vahid məktəbli geyimi ilə verdiyi qərara qarşı Türkiyə mediasında kompaniya aparıldı. Kompaniyada verilən qərarı siyasiləşdirib, islam əleyhinəymiş kimi göstərərək ictimai rəyi çaşdırıblar. Verilən qərarın mahiyyətini və məqsədini anlamayan bu media qurumları hətta təhrif edilmiş məlumatların paylaşılmasında da iştirak edirlər. Təssüf ki, son günlər bu kompaniyaya Türkiyənin rəsmi şəxsləri də qoşulub. Belə ki, Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkilləri başqa dövlətin daxili işlərinə qarışa bilmək səlahiyyətini özündə görərək qərara etiraz edirlər. Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyası Türkiyənin hakim partiyasını siyasi məsuliyyətə çağıran bir bəyanat verdi. Bəyanatda iki dövlətin qardaşlıq münasibətləri, tarixən olan və bu gündə davam edən siyasi-iqtisadi əlaqələrinə nəzər salınıb. Həmçinin uzun müddətdir ki, Türkiyənin bir sıra media orqanlarında və sosial media platformalarında, o cümlədən AKP iqtidarına yaxınlığı ilə tanınan informasiya resurslarında Azərbaycan haqqında həqiqətə uyğun olmayan, qərəzli, böhtan və iftira xarakterli məlumatların yayılması müşahidə edildiyi vurğulanıb. Bu məsələlər iki dövlət arasındakı münasibətlərin sağlamlığı üçün narahatlıq doğurur.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR