CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: dövlət saytları

09:26 14.10.2026

Azərbaycanda dövlət qurumlarının saytları kiberhücumun hədəfində – Nə baş verir?

76

Dövlət informasiya infrastrukturlarına qarşı intensiv kiberhücumlar müşahidə olunur. Bu məlumat Crossmedia.az-ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilib. "13 oktyabr 2026-cı il tarixində saat 22:00-dan etibarən Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb. Hücum xarici haker qruplaşması tərəfindən həyata keçirilib, Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturlarına 100-dən artıq dövlət domeni hədəfə alınıb. Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranmışdır. Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılıb və saytların fəaliyyətinin davamlılığı təmin edilib. Hazırda qurum tərəfindən kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir". 08:32 Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi internet saytlarına girişdə problem yaranıb. Crossmedia.az xəbər verir ki, hazırda Nazirlər Kabinetinin (nk.gov.az), Fövqəladə Hallar Nazirliyinin (fhn.gov.az), Daxili İşlər Nazirliyi (din.gov.az), Dövlət İmtahan Mərkəzi (dim.gov.az), Səhiyyə Nazirliyinin (sehiyyə.gov.az) və digər dövlət qurumlarının internet resurslarına giriş mümkün deyil. Problemin səbəbi və nə vaxt aradan qaldırılacağı barədə hələlik məlumat yoxdur. Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR