CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Qərbi Qüds

17:40 14.10.2026

İordaniya Kolumbiyanın Qüdslə bağlı qərarına sərt etiraz edib

56

İordaniya Kolumbiyanın Qərbi Qüdsdə səfirlik açmasını beynəlxalq hüququn və BMT qətnamələrinin pozulması kimi qiymətləndirərək bu addımı qətiyyətlə pisləyib. Crossmedia.az xəbər verir ki, bu barədə İordaniyanın Xarici İşlər Nazirliyi bəyanat yayıb. Nazirliyin sözçüsü Fuad əl-Məcali bildirib ki, Qüdsün statusunu və hüquqi mövqeyini dəyişdirməyə yönəlmiş istənilən qərar və tədbir qanunsuzdur və heç bir hüquqi qüvvəyə malik deyil. İordaniya tərəfi vurğulayıb ki, regionda ədalətli və hərtərəfli sülhə nail olmağın yeganə yolu 1967-ci il iyunun 4-dək mövcud olmuş sərhədlər əsasında, paytaxtı Şərqi Qüds olmaqla müstəqil və suveren Fələstin dövlətinin yaradılmasıdır. Bundan əvvəl Fələstinin Xarici İşlər Nazirliyi də Kolumbiyanın qərarını beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə zidd hesab edərək Boqotanı bu addımdan geri çəkilməyə çağırıb. Qeyd edək ki, Kolumbiya 1980-ci il avqustun 28-də BMT Təhlükəsizlik Şurasının 478 saylı qətnaməsinə uyğun olaraq diplomatik nümayəndəliyini Qüdsdən Təl-Əvivə köçürmək barədə qərar qəbul etmişdi. Ölkə 46 ildən sonra səfirliyini yenidən Qüdsdə açıb. 1980-ci il avqustun 20-də qəbul edilən 478 saylı qətnamə dövlətləri İsrailin Qüdsün statusunu dəyişdirməyə yönəlmiş tədbirlərini tanımamağa və şəhərdə yerləşən diplomatik nümayəndəliklərini geri çəkməyə çağırır. Kolumbiyadan başqa ABŞ, Qvatemala, Honduras, Kosovo, Papua-Yeni Qvineya, Paraqvay, Fici və Nauru da Qüdsdə səfirlik açan ölkələr sırasındadır. Qüdsün statusu İsrail-Fələstin münaqişəsinin ən həssas məsələlərindən biri olaraq qalır. İsrail bütün şəhəri öz paytaxtı hesab etdiyi halda, Fələstin tərəfi 1967-ci ildən İsrailin işğalı altında olan Şərqi Qüdsü gələcək müstəqil dövlətinin paytaxtı kimi görür.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR