CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: II təsnifat mərhələsi

17:02 17.10.2026

Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyun cədvəli açıqlanıb

79

Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyun cədvəli açıqlanıb. Crossmedia.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. Qarşılaşmalar ümumilikdə üç günü əhatə edəcək. Azərbaycan Kuboku II təsnifat mərhələsi 27 oktyabr 14:00. "Şimal" – "Araz-Naxçıvan" Şamaxı şəhər stadionu 14:00. "Marafon" – "Zaqatala" "Marafon Arena" 17:00. "Kür-Araz" – "Sumqayıt" "SOCAR Polymer Arena" 17:00. "Qəbələ" – "Mingəçevir" Qəbələ şəhər stadionu 18:00. "Səbail" – "Zirə" "Bank Respublika Arena" 28 oktyabr 14:00. "İmişli" – "Qaradağ Lökbatan" Yevlax şəhər stadionu 14:00. MOİK – "Şahdağ Qusar" Binə qəsəbə stadionu 14:00. "Hypers" – "Şamaxı" Şamaxı şəhər stadionu 16:00. "Şəfa" – "Ağstafa Gəncləri" "SOCAR Polymer Arena" 19:00. "Kəpəz" – "Baku Sportinq" Gəncə şəhər stadionu, 19:00 29 oktyabr 14:00. "Xankəndi" – "Gəncəbasar" Şamaxı OİK stadionu, 14:00 14:00. "Zəngəzur" – "Karvan Yevlax" Binə qəsəbə stadionu Qeyd edək ki, "Şimal" – "Araz-Naxçıvan", "Kür-Araz" – "Sumqayıt" və "Hypers" – "Şamaxı" matçları ev sahibi komandaların stadionlarının standartlara cavab verməməsi səbəbindən əsasnaməyə uyğun olaraq aparılan proseslərin nəticəsində qonaq klubların ev oyunlarını keçirdikləri stadionlarda baş tutacaq. Sözügedən görüşlərlə bağlı bütün təşkilati məsələlər cədvəldə adı ilk göstərilən klublar tərəfindən həyata keçiriləcək. "Səbail" klubu isə əsasnaməyə uyğun olaraq alternativ stadion təqdim edib. "Dənizçilər" I Liqada təqvim üzrə açıqlanmayan ev oyunlarını da " Bank Respublika Arena"da keçirəcək.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR