CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: CFM International

17:47 16.10.2026

“Türk Hava Yolları”ndan aviasiya dünyasında böyük həmlə

71

Türkiyənin milli aviadaşıyıcısı “Türk Hava Yolları” (THY) 300-dən çox təyyarə mühərrikinin alınması və 600-dən artıq mühərrikə uzunmüddətli texniki xidmət göstərilməsi üçün CFM International şirkəti ilə anlaşma memorandumu imzalayıb. Crossmedia.az xəbər verir ki, bu barədə şirkətlərin birgə açıqlamasında bildirilib. Razılaşmaya əsasən, ehtiyat mühərriklər də daxil olmaqla alınacaq yeni mühərriklər 150-yə qədər “Boeing 737 MAX” təyyarəsində istifadə ediləcək. Sifariş 100 təsdiqlənmiş və əlavə 50 opsion təyyarəni əhatə edir. Müqavilə “Türk Hava Yolları” və onun törəmə şirkəti “AJet”in bütün LEAP-1B mühərrik parkına texniki xidmət göstərilməsini nəzərdə tutur. Bundan əlavə, Türkiyədə təyyarə mühərriklərinin texniki xidməti, təmiri və əsaslı təmiri üzrə yeni mərkəzin yaradılması planlaşdırılır. İstanbulda keçirilən imzalanma mərasimində THY-nin İdarə Heyətinin sədri Murat Şəkər, “Turkish Technic” şirkətinin baş direktoru Mikail Akbulut və CFM-in təsisçi şirkətlərindən biri olan “Safran”ın baş direktoru Olivye Andries iştirak ediblər. Murat Şəkər bildirib ki, razılaşma aviaşirkətin təyyarə parkının genişləndirilməsinə, uçuş şəbəkəsinin inkişafına və əməliyyat səmərəliliyinin artırılmasına töhfə verəcək. Mikail Akbulut isə yeni əməkdaşlığın Türkiyənin aviasiya mühərriklərinə texniki xidmət imkanlarını genişləndirəcəyini vurğulayıb. Qeyd edək ki, hazırda “Türk Hava Yolları” və “AJet”in donanmasında CFM56-7B mühərrikləri ilə təchiz edilmiş 96 ədəd “Boeing 737 Next Generation” və LEAP-1B mühərrikli 79 ədəd “Boeing 737 MAX” təyyarəsi istismar olunur. CFM International son 10 ildə dünya üzrə 10 mindən çox LEAP mühərriki təhvil verib. Bu mühərriklərin ümumi uçuş müddəti 100 milyon saatı ötüb.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR