CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Bakı–Qazax

16:34 20.10.2026

Azərbaycan və Mərkəzi Asiya qadın sahibkarlarının regional əməkdaşlığı müzakirə olunub

79

Otyabrın 20-də Mərkəzi Asiya və Azərbaycan Qadın Liderlərinin Dialoqu çərçivəsində “Mərkəzi Asiya və Azərbaycanda qadın sahibkarlığı: iqtisadi inteqrasiya, yeni imkanlar və davamlı regional əməkdaşlıq” mövzusunda onlayn biznes-forum keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Crossmedia.az-a bildirilib ki, Forumda çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qadınların iqtisadi fəaliyyətə cəlb olunmasının inklüziv və davamlı inkişaf üçün əhəmiyyətini vurğulayıb, qadın sahibkarlığının yeni iş yerlərinin yaradılmasına töhfə verdiyini bildirib. Komitə sədri Azərbaycanda bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, qadınların maliyyə resurslarına çıxışının asanlaşdırılması, təlim və mentorluq proqramlarının həyata keçirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında qadın sahibkarlığı sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Biznes-forumda “İdeyadan qlobal bazara: qadın sahibkarlığının yeni imkanları” və “Qadın sahibkarların əməkdaşlığı: birgə layihələr və dayanıqlı iqtisadi tərəfdaşlıq” mövzularında sessiyalar keçirilib. Sessiyalarda qadın sahibkarların beynəlxalq bazarlara çıxışı, birgə biznes layihələrinin həyata keçirilməsi və regional iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR