CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Bəxtiyor Saidov

12:18 15.10.2026

Azərbaycan-Türkmənistan-Özbəkistan üçtərəfli əməkdaşlığı müzakirə olunub

56

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə görüşü çərçivəsində Türkmənistan və özbəkistanlı həmkarları ilə görüşüb. Crossmedia.az xəbər verir ki, nazir bu barədə sosial media hesabında yazıb. "Liderlərimizin tapşırıqlarına uyğun olaraq, Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə görüşü çərçivəsində Türkmənistanın xarici işlər naziri əziz həmkarım və qardaşım Rəşid Meredov və Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov ilə üçtərəfli görüş keçirməkdən məmnun oldum. Ölkələrimiz arasında ortaq tarixə, qarşılıqlı etimada və ümumi regional maraqlara əsaslanan qardaşlıq əlaqələrini və strateji əməkdaşlığı daha da gücləndirmək əzmimizi bir daha təsdiqlədik. Üçtərəfli əməkdaşlıq formatının inkişaf etdirilməsi, nəqliyyat və tranzit əlaqələrinin genişləndirilməsi, enerji və ticarət sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də regional və regionlararası nəqliyyat dəhlizlərinin potensialından tam istifadə edilməsi məsələlərini müzakirə etdik. Regional bağlantıların, iqtisadi inkişafın və sabitliyin təşviqi məqsədilə davamlı siyasi dialoqun, daha sıx koordinasiyanın və birgə səylərin vacibliyini vurğuladıq", - paylaşımda qeyd olunub.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR