CROSSMEDIA - Analitik İnformasiya Portalı

Axtarılan söz: Əhməd Əlizadə

12:43 26.10.2026

Cinayəti və cinayətkarları əfsanəyə çevirməyin!

88

Son günlər yerli medianın və sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilən Xətai rayonu ərazisində baş verən qanlı insidenti adi məişət davası və ya növbəti cinayət xəbəri kimi deyil ölkəmizdə "kriminal aləm" hesablaşması kimi təqdim edərək bu axmaq " romantizmin" özümüzdə istəmədən təbliğatçısına çevrilmişik. ​Deməli, Bakının Xətai rayonu Əhmədli qəsəbəsi ərazisindəki kafelərdən birində el dilində desək, "bir dəstə avara gədə" aralarında əvvəldən mövcud olan gərginliyi aradan qaldırmaq və ya "barışmaq" məqsədilə görüşür. Lakin maraqlıdır ki, bu "barışıq" görüşünə el ağsaqqalları , hörmətli ziyalılar əvəzinə öz adlarının arxasına yaşadıqları qəsəbələrin adlarını əlavə etməklə özlərini kriminal hesab edən başqa bir qrup adam dəvət olunur. Nəticədə görüş məntiqi sonluqla başa çatır və Ceyhun Mirağayev adlı şəxs bıçaq zərbələri nəticəsində aldığı xəsarətlərdən həyatını itirir. Hadisəni törədən cinayətkarlar və görüşdə iştirak edən "hörmətli oğlanlar" öz dostlarını qan içində qoyub asta qaçan namərddir prinsipini rəhbər tutaraq hadisə yerindən qaçırlar. Dərhal hadisədən xəbər tutan Hüquq-mühafizə orqanlarının operativ tədbirləri nəticəsində cinayətdə əli olan şəxslər müəyyən edilərək saxlanılır, qaçıb kiminsə hinində gizlənən cinayətkarlar DTX tərəfindən aşkar edilərək istintaqa təhvil verilir və barələrində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilir. Əslində məsələnin mahiyyəti aşağı yuxarı belədir.

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR